Şintaro Orihara: “Biz iki sürücü ilə işləyirik və bizim üçün böyük üstünlük ondan ibarətdir ki, onlar fərqli geribildirim verirlər. Bu sayədə idarəetməni və enerjinin istifadəsini yaxşılaşdırmağa kömək edən ikiqat çox məlumat əldə edirik.
Fernandonun böyük təcrübəsi var, ona görə də onun geribildirimi həmişə çox qiymətlidir. Onun arxasında 20 illik təcrübə var, ona görə də əgər o deyirsə: “Döngəyə daxil olmadan əvvəl enerjini məhz belə istifadə etməliyik”, biz onun fikrinə qulaq asmalyıq.
Hər sessiyadan sonra biz qısa brifinq keçiririk və Fernandonun maşını daha sürətli etmək üçün böyük motivasiyası və istəyini görürük. O bizim qarşımıza çoxlu tələb qoyur və biz həmişə onun fikrinə qulaq asırıq. Bizim üçün onun diqqətlə dinlənməsi və geribildirimin nəzərə alınması çox vacibdir. Bu, Fernando ilə işləməyin üstünlüklərindən biridir – onun maşını daha sürətli etmək üçün böyük motivasiyası var.
Məqsədimiz onun titul qazanmasıdır. Biz sıx əməkdaşlıq edirik və onun əla sürücü olduğunu bilirik. Onun uğur qazanmaq üçün böyük həvəsi var və o, Honda-ya güvənir. Ona lazım olan hər şeyi vermək istəyirik. Bu, şübhəsiz bizim məqsədimizdir”.





