S.Fettel Alonsonu təhqir edib

Ferrari komandasının sürücüsü Sebastyan Fettel Meksika QP-nin ikinci sərbəst yürüşlərində ona yol verməyən Fernando Alonsonu radio vasitəsilə təhqir edib.

F-1.az bildirir ki, Meksika QP-nin ikinci sərbəst yürüşlərində iki sürücü arasındakı münasibətlər son həddə çatıb.

Sürətli dövrəsini vuran Fettel pitə dönməkdə olan Alonsoya arxadan yaxınlaşsa da, almaniyalının dediyinə görə, Alonso ona vaxtında yol verməyib.

Fettel isə bunun müqabilində ispaniyalı sürücüyə – “Necə də axmaqdır!” deyib.

Xatırladaq ki, Alonso boliddə yaranan problemə görə sessiyanı vaxtından əvvəl bitirib. Alonso sessiyanı 10-cu, Fettel isə 1-ci yerdə başa vurub…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*