İtaliya-2021: Birinci sərbəst yürüşlər

Burada bu mövsüm ikinci dəfə sprint yarışı baş tutacaq. Sürücülərin sıralanma turuna qədər cəmi 1 saatlıq hazırlıq vaxtı olduğundan, iş qrafiki sıx olub, hamı aşağı asfaltayatma qüvvəsi ilə doğru sazlanmanı tapmağa çalışıb.

F-1.az bildirir ki, sürücülər əvvəlcə sərt və orta təkərlərlə işləsələr də, sonlara doğru sıralanma turuna hazırlıq məqsədi ilə yumşaq təkərlərə keçiblər. Sessiya çox sakit keçib, sadəcə bir dəfə – sessiyanın əvvəlində Norris təhlükəsizlik zonasına çıxıb.

Stüardlar Leklerin nəticəsini beşinci döngədə trasdan tam çıxdığı üçün ləğv ediblər, daha 10 sürücüyə isə eyni hala 11-ci döngədə yol verdikləri üçün xəbərdarlıq gəlib.

Lyuis Həmilton orta təkərlərlə 1:20.926-lıq dövrə vurub və protokollara başçılıq edib. Bizi maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:20.926 28
2 33 Maks Ferstappen Red Bull 1:21.378 + 0:00.452 22
3 77 Valtteri Bottas Mercedes AMG 1:21.451 + 0:00.525 29
4 18 Ləns Stroll Aston Martin 1:21.676 + 0:00.750 23
5 10 Pyer Qasli AlphaTauri 1:21.719 + 0:00.793 28
6 5 Sebastyan Fettel Aston Martin 1:21.824 + 0:00.898 26
7 55 Karlos Sayns Ferrari 1:21.914 + 0:00.988 26
8 14 Fernando Alonso Alpine 1:21.926 + 0:01.000 24
9 3 Daniel Rikkardo McLaren 1:22.003 + 0:01.077 27
10 11 Serxio Peres Red Bull 1:22.039 + 0:01.113 23
11 16 Şarl Lekler Ferrari 1:22.102 + 0:01.176 25
12 4 Lando Norris McLaren 1:22.103 + 0:01.177 27
13 99 Antonio Covinatsi Alfa Romeo 1:22.270 + 0:01.344 26
14 22 Yuki Tsunoda AlphaTauri 1:22.530 + 0:01.604 31
51 31 Esteban Okon Alpine 1:22.534 + 0:01.608 27
16 88 Robert Kubitsa Alfa Romeo 1:23.009 + 0:02.083 28
17 63 Corc Rassell Williams 1:23.092 + 0:02.166 31
81 6 Nikolas Latifi Williams 1:23.442 + 0:02.516 30
91 9 Nikita Mazepin Haas 1:23.445 + 0:02.519 23
20 47 Mik Şumaxer Haas 1:23.551 + 0:02.625 23
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*