Mercedes AMG də yeni maşınını təqdim edib (video)

Bu gün Silverstounda Mercedes AMG komandası yeni maşınını təqdim edib. Rəsmi mərasimdən bir qədər əvvəl Həmilton nəm trasda bir neçə dövrə vurub, sonra Toto Volff, Lyuis Həmilton və Valtteri Bottas maşını azarkeşlərə göstərərək 360 dərəcəlik kamera ilə Youtube kanalında yayımlayıblar, daha sonra pit-leyndə W08 növbəti dəfə pərdə ilə örtülüb.

F-1.az bildirir ki, yeni maşının rəng çalarları dəyişməyib, amma yeni reqlament çərçivəsində Mercedes-in mühəndisləri həm burun elementini, həm motor qapağının üzgəc sonluğunu, həm də yan pantonları çox estetik hazırlayıblar. Mercedes-Benz F1 W08-in arxa hissəsi çox dar alınıb – maşın, ümumiyyətlə, çox effektiv görünür.

Mercedes AMG komandası mövsümə aşkar favorit rolunda başlayır, amma reqlamentdəki ciddi dəyişikliklər rəqiblərə geriqalmanı azaltmaq şansı verir. Təqdimat mərasimində qüvvələr nisbətindən danışmayıblar, amma məqsəd dəyişməz qalıb – həm sürücülərin, həm də komandaların çempionatında birincilik…

Toto Volff: “Maşının təqdimatı çox vacibdir. Bu il texniki reqlament dəyişib, komandalar yeni qaydalara uyğun hazırladıqları maşınları bir-bir təqdim edirlər. Bu gün biz problemsiz bir neçə dövrə vura bildik.

Keçən il cari maşının təkmilləşdirilməsi ilə yeni maşının hazırlanması arasında balans tapmaq çətin idi. Keçən il hər həftə biz özümüzdən soruşurduq ki, əsas resursları yeni maşının hazırlanmasına yönəltməyin vaxtı yetişibmi? Ümid edirəm ki, biz gecikmədik və düzgün qərar qəbul etdik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*