Mercedes-in gənclər proqramının rəhbəri şirkəti tərk edəcək

Bazar günü Mercedes komandasının rəhbəri Toto Volff şirkətin gənclər proqramının rəhbəri Qven Laqryunun komandadan ayrılması ilə bağlı şayiələri təsdiqləyib.

Qven Laqryu bir neçə il Mercedes-in gənclər proqramına rəhbərlik edib, Esteban Okon, Corc Rassell və Kimi Antonellini Formula1-də debütə hazırlamaqda kömək edib.

Toto Volff: “Bəli, biz Qvenlə onun gələcəyini müzakirə edirik, amma hələ heç nə qərara bağlanmayıb. O, fantastik komanda formalaşdırıb; bu komandada gənclər proqramı ilə 7, 8 və ya 9 nəfər məşğul olacaq və Brədli Lord onun rəhbəri olacaq. Bu məsələlər həll edilməlidir. Biz bunu Qvenlə birlikdə etmək istəyirik, sonra görəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*