N.Lauda: “Braun gedəndən sonra 3 dəfə çempion olduq”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda Ross Braunun sözlərinə cavab verib.

F-1.az xatırladır ki, Ross Braun oktyabr ayında bildirmişdi ki, Mercedes-dən Lauda və Volffa güvənmədiyi üçün ayrılıb.

Toto Volff daha sonra verdiyi açıqlamada bildirmişdi ki, Brauna hörmət edir və britaniyalının sözləri səhv başa düşülüb.

Amma Lauda bir neçə aydan sonra Brauna çox sərt formada cavab verib: “Pəddi Lou ilə işləməyi rədd etdi. Reallıq budur. Bəzən günahı özünüzdə axtarmalısınız. Ayrıldığı vaxr Mercedes Mühəndislər Kubokunda ikinci oldu. Daha sonra isə ard-arda 3 dəfə çempion olduq. Başqa sözüm yoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*