T.Volff: “Qaliblər sevilmir”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, insanlar həmişə məğlub olanları sevirlər.

F-1.az xatırladır ki, Mercedes komandası son 5 ildə həm Mühəndislər Kubokunda, həm də Sürücülər Çempionatında rəqib tanımayaraq qalib olub. “Gümüşü oxlar”ın sürücüsü Lyuis Həmilton isə bu illər ərzində keçirilən 100 yarışda 51 qələbə qazanıb.

Toto Volff: “Məncə, məğlubları dəstəkləmək insanların təbiətində var. Ardıcıl çempionluqlar qazananda insanların antipatiyasını qazanırsınız. Biz idmana sadəlövh formada yanaşmaq istəyirik və heç nə bizim üçün təmin edilməyib. Arxayınlıq hiss etmək olmaz. Belə olan halda çox qazansanız da, insanlar sizi dəstəkləməyə davam edərlər.

İki qrup var – biri rəqiblərimizi dəstəkləyən və Mercedes-in həmişə məğlub olmasını istəyərək bundan həzz alan. Mercedes rəqibi Ferrari-nin rekorduna çata biləcək? Həmilton çempionluq sayında Şumaxeri keçəcək? Bu da idmana fərqli yöndə baxışdır. Ferrari-nin ardıcıl 5 Dünya Çempionluğu rekorduna çatdıq. Altıncı da yaxındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*