C.Rassell: Bolidlər ağırlaşdıqca təhlükə artır

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, bolidlərin ağırlaşması təhlükəni artıra bilər

F-1.az xatırladır ki, Formula-1 boidlərinin çəkisi son 20 il ərzində 625 kq-dan 798 kq-a qədər yüksəlib.Mercedes-in gənc sürücüsü Corc Rassel bu tendensiyanın belə davam etdiyi halda, bolidlərin təhlükəsiz olacağından narahatlığını bildirib.

Corc Rassel: “Dəyişən reqlamentin müsbət cəhətləri çox olsa da ,bolidin ağır çəkisi problem əmələ gətirir. Çəkinin artıq olması sürətlə bağlı problemlər yaradır. Trasda aşağı sürətli idarə etmədə istədiyimiz effekti əldə edə bilmirik. Bolidləri daha təhlükəsiz komplektasiyada inkişaf etməyimizə baxmayaraq onların ağırlaşması qəza zamanı bir o qədər güclü zərbə almasına səbəb olur. Belə hadisə Smart minik avtomibilin avtobusa çırpılması kimidir. Sürücünün 800-kq və ya 900 kq-lıq boliddə toqquşma zamanı məruz qaldığı zərbə 15 il əvvəl olduğu kimi 650 kq-lıq çəkidəki maşının sürətindən qat-qat güclüdür. Əminəm ki, bu detallar düzgün təhlil edilir. Bolidləri ağırlaşdırmağa davam etsək, onların təhlükəsizliyi itirilə bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*