P.Lou Ferrari-yə keçir?

Mercedes komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Ferrari komandasına transfer oluna bilər.

F-1.az xatırladır ki, Lounun Mercedes ilə olan müqaviləsi mövsümün sonunda bitir və italyan mediası Ferrari-nin britaniyalı ilə maraqlandlandığını yazmışdı.

Pəddi Lou: “Mercedes mükəmməl komandadır. Son 3 ildə bu idmandakı bir neçə rekordu qıraraq, mükəmməl iş gördülər. Hazırda karyeramdakı ən gözəl illəri keçirirəm”.

Amma son günlərdə Lounun Ferrari-yə keçəcəyi ilə bağlı xəbərlər artıb. Qeyd edək ki, Lou 2013-cü ildə McLaren-dən ayrılmış və Mercedes komandasına transfer olunmuşdu. Hazırda 54 yaşlı mühəndis komandası ilə müqavilə yeniləmək üçün danışıqlar aparır.

Jurnalistlər britaniyalı mütəxəssisə “Ferrari-yə keçərsinizmi?” sualını veriblər və Lou isə “buna cavab verə bilmərəm” deyərək, bu şayiələri təkzib etməyib.

Bundan başqa Ferrari-yə yaxın mənbələr bildiriblər ki, Arrivabene adlı-sanlı mühəndislə müqavilə bağlamaqdansa, komandaya fokuslanmaq istəyir. Amma belə düşüncə var ki, Lou gəlsə, komanda inkişaf edəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*