M.Binotto Fetteli müdafiə edib

Ferrari komandasının rəhbəri Mattia Binotto sürücüsü Sebastyan Fettelin səhvlərini müdafiə edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2017 və 2018-ci illərdə etdiyi səhvlərlə çempionluğu əldən vermiş və tiffozilərin səbir kəsasını doldurmuşdu. Keçən həftə 32 yaşı olan sürücünün yenidən Red Bull-a qayıdacağı iddia edilir.

Mattia Binotto: “Hamısı yarış insidentləri idi. Sebastyan həmişə limitlərdə sürürdü. Onunçün asan deyildi. Xəyalı Ferrari ilə çempion olmaqdır. Bunu reallaşdırması üçün onu dəstəkləyirik. Çox təcrübəli və mütəxəssisdir. Seb iş yerində əsl liderdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*