H.Marko: Red Bull-da Fettelə yer yoxdur

Sebastyan Fettalin mövsümün sonunda Ferrari-dən gedəcəyi dəqiqləşib, lakin belə görünür ki, yeni komanda tapmaq çox çətin olacaq...

Almaniyanın Sky Sport telekanalına danışan Red Bull-un idman məsləhətçisi Helmut Marko komandanın 2021-ci ildə Fetteli dəvət etməyi düşündüyünü, lakin yer olmadığını bildirib.

Helmut Marko: “Sebastyan ilə danışdım. Red Bull-da mümkün olan bütün variantları nəzərdən keçirdik, amma təəssüf ki, alınmadı. İnanıram ki, Fettel qələbəyə imkan verən komandaya keçsə, yarışmağa davam edəcək. Karyerasını bitirməsi məyusedici olar. Amma sürətli maşının sükanı arxasında oturmayacaqsa, bu, daha yaxşıdır.

O, dördqat dünya çempionudur. Bu idmanda çox uğur əldə edib və maddi cəhətdən də çox şey qazanıb. Peletonda orta yerlər uğrunda mübarizə aparan komandaya keçmək əvəzinə karyerasını bitirmək Sebastyanın xarakter və tərzinə uyğundur. Amma Mercedes-ə keçsə, əsl sensasiya olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*