S.Fettel: Təkərlər işləmədi

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, təkərləri istədiyi kimi işlədə bilməyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü İstanbuldakı sıralanma turunda 12-ci olsa da, Norrisin cəza alması ilə 11-ci yerə yüksəlib.

Sebastyan Fettel: “Keçid təkərlərini işlətmək bizim üçün çətin idi. Təkərləri ideal vəziyyətə gətirə bilmədik və potensialımızı göstərmək mümkün olmadı. Bundan daha yaxşı yer tuta bilərdik. Hər şeyi sınasaq da, alınmadı.

Yarış tempimiz daha yaxşı olacaq. Son dəfə belə şəraitdə 2012-ci ildə Ostində sürmüşdük. Asan olmayacaq, amma yaxşı yer tuta bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*