Niderland-2021: İkinci sərbəst yürüşlər

Telekommunikasiya problemlərinə görə sessiyanın başlanması 5 dəqiqə təxirə salınıb. Sürücülər ilk məşqlərin çox hissəsini Fettellin maşını gec təxliyə edildiyi üçün bokslarda keçirmişdilər, bu dəfə isə hamı ilk dəqiqələrdən intensiv işləyib.

F-1.az bildirir ki, sürücülər orta və sərt tərkiblərin səmərəliliyini yoxlamaq üçün uzun dövrələr vurmağa başlasalar da, tezliklə bokslara qayıtmalı olublar. Sessiya 6-cı dəqiqədə qırmızı bayraqlarla dayandırılıb – Mercedes komandası telemetriyadan Həmiltonun maşınının motorunda yağın təzyiqinin aşağı düşdüyünü görüb və ondan maşını dərhal saxlamasını istəyib. Lyuis maşını 11-ci döngədə saxlayıb.

Təxliyə 7 dəqiqə davam edib və yaşıl işıqlar yanıb. Həmilton daha trasa qayıtmayıb. Sessiyanın ortalarında Mazepin növbəti fasiləyə səbəb olub. Rus sürücü 11-ci döngədə yerində fırlanaraq asfaltdan çıxıb çınqıllığa düşüb.

Protokollara 1:10.902-lik nəticə ilə Şarl Lekler başçılıq edib. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:10.902 29
2 55 Karlos Sayns Ferrari 1:11.056 + 0:00.154 28
3 31 Esteban Okon Alpine 1:11.074 + 0:00.172 33
4 77 4. В.Боттас Mercedes AMG 1:11.132 + 0:00.230 33
5 33 Maks Ferstappen Red Bull 1:11.264 + 0:00.362 27
6 14 Fernando Alonso Alpine 1:11.280 + 0:00.378 30
7 10 Pyer Qasli AlphaTauri 1:11.462 + 0:00.560 29
8 4 Lando Norris McLaren 1:11.488 + 0:00.586 27
9 99 Antonio Covinatsi Alfa Romeo 1:11.678 + 0:00.776 30
10 5 Sebastyan Fettel Aston Martin 1:11.713 + 0:00.811 24
11 44 Lyuis Həmilton Mercedes AMG 1:11.911 + 0:01.009 3
12 11 Serxio Peres Red Bull 1:11.946 + 0:01.044 26
13 22 Yuki Tsunoda AlphaTauri 1:12.096 + 0:01.194 31
14 18 Ləns Stroll Aston Martin 1:12.136 + 0:01.234 29
15 3 Daniel Rikkardo McLaren 1:12.157 + 0:01.255 25
16 7 Kimi Rəykkönnen Alfa Romeo 1:12.206 + 0:01.304 30
17 47 Mik Şumaxer Haas 1:12.607 + 0:01.705 31
18 6 Nikolas Latifi Williams 1:12.610 + 0:01.708 27
19 9 Nikita Mazepin Haas 1:12.835 + 0:01.933 12
20 63 Corc Rassell Williams 1:12.855 + 0:01.953 30
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*