A.Peres: Serxio gələn il çempion ola bilər

Oğlunun həmişə yanında olan Antonio Peres onun gələn il titul uğrunda mübarizə aparacağına ümid bəsləyir.

F-1.az xatırladır ki, meksikalı sürücü Red Bull ilə keçirdiyi iki mövsümdə komanda yoldaşı Maks Ferstappenə ciddi fərqlə uduzub. Çeko bu il 10 dəfə podiuma yüksəlib, 2 qələbə qazanıb. Doqquz yarışı ilk iki yerdə başa vuran sürücü Şarl Lekleri ümumi hesabda cüzi fərqlə üstələyərək ikinci yerdə qərarlaşıb.

Antonio Peres: “Serxio ən yaxşı meksikalı sürücüdür. İlk dəfə bir meksikalı çempion komandanın üzvüdür, elə deyilmi? O, Red Bull-un heyətində çempiondur. Ola bilsin ki, gələn il fərdi şəkildə də titul qazanar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*