Honda loqotipi Red Bull və AlphaTauri maşınlarına qaytarılır

Honda-nın ev yarışı olan Yaponiya Qran Prisi ərəfəsində Red Bull ilə əməkdaşlığın gücləndirildiyi elan edilib. Hər iki komanda Honda motorlarından güc almağa davam edəcəklər.

F-1.az xəbər verir ki, Red Bull və AlphaTauri sürücüləri 27 noyabrda HRC THANKS DAY yarış festivalında iştirak edəcəklər. Bundan əlavə, Serxio Peres Honda Racing School-unn səfiri olub və noyabrda oranın tələbələri üçün mühazirə oxuyacaq.

Kristian Horner: “Honda bizimlə əməkdaşlığı dövründə hibrid texnologiyaya böyük sərmayələr qoyub. Hər iki komandaya rəqabətədavamlı güc qurğusu verib. Bunun üçün onlara təşəkkür edirik. Ümumi məqsədimiz bunu davam etdirmək və növbəti 3 ildə mümkün qədər çox uğurlu olmaqdır. Bunu vurğulamaq üçün Suzukada maşınlarımızın üzərinə yenidən Honda loqotipini həkk edəcəyik”.

Frants Tost: “Son illərdə Honda ilə gözəl işguzar münasibət qurmuşuq. Əfsanəvi loqotipi Suzukada maşına qaytarmaqla yanaşı, onların gücündən istifadə etmək çox gözəldir. Əməkdaşlıq ərzində göstərdikləri səylərə görə onlara minnətdarıq, bunun nəticəsində biz bir neçə podium və Pyer ilə Montsada qələbə əldə edə bildik. Biz uğurlu işbirliyinin davamını gözləyirik”.

Helmut Marko: “Red Bull Racing və Honda birlikdə Formula1-də böyük uğurlar əldə ediblər. Yeni müqaviləyə görə HRC ilə birliyimiz 2026-cı ilə qədər davam edəcək. Qarşıdakı 3 ildə onlarla birlikdə daha çox uğur qazanacağımıza əminik və onlara dəstəklərinə görə təşəkkür edirik”,

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*