M.Ferstappen: Belə qalib gəlmək istəməzsiniz

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bu formada qalib gəlmək həzz vermir.

F-1.az xatırladır ki, Belçika yarışı yağışlı havaya görə baş tutmayıb. Lakin komandalar yarı xal alsın deyə sürücülər təhlükəsizlik maşınının arxasında iki dövrə vurublar. Yekunda sıralanma turunda poul qazanan Ferstappen təhlükəsizlik maşınının arxasında səhv etməyib və yarışı birinci yerdə bitirib vəbuilki 6-cı qələbəsini əldə edib.

Maks Ferstappen: “Real dövrələr vura bilmədik və bu, pis haldır. Tras şəraiti çox qarışıq idi. 15:30-da “gəlin yarışaq” dedim. Tras şəraiti yaxşı olsa da, önü görmək çətin idi. Saat 15:00-da yarışa başlasaydıq, daha yaxşı olardı. Amma tras davamlı yaş idi və yağış da yağırdı. Yarışı bu cür qazanmaq istəməzsiniz.

Bizi gözləyən azarkeşlərə təşəkkür edirik. Bu soyuqda, yağışda və küləkdə bizi gözlədilər. Bu günün ən böyük qazananları onlardır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*