M.Ferstappen Lorenso Bandini mükafatını alıb

Bu il ilk yarışını qazanan Maks Ferstappen ənənəvi Lorenso Bandini mükafatını alıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu mükafata Formula1-dəki möhtəşəm debütünə görə layiq görülüb. Gənc sürücü bu mükafatı iyulun 17-də İtaliyanın Briziqella şəhərciyində alacaq.

Mükafat 1992-ci ildə, gənc italiyalı sürücü Lorenso Bandinin ölümünün 25 illiyi şərəfinə təsis olunub və ilin sonunda sürücünün doğulduğu şəhərin əhalisi arasında keçirilmiş səsvermənin nəticələrinə görə təqdim olunur.

Lorenso Bandini adına mükafatın laureatları:

1992 – İvan Kapelli

1995 – Dəvid Kulthard

1996 – Jak Vilnöv

1998 – Cankarlo Fizikella

1999 – Aleks Vürs

2000 – Yarno Trulli

2001 – Censon Batton

2002 – Xuan Pablo Mantoyya

2003 – Mixael Şumaher

2004 – Kimi Rəykkönen

2005 – Fernando Alonso

2006 – Mark Uebber

2007 – Felipe Massa

2008 – Robert Kubitsa

2009 – Sebastyan Fettel

2010 – Lyuis Həmilton

2011 – Niko Rosberq

2012 – Bruno Senna

2013 – Pyero Ferrari

2014 – Daniel Rikkardo

2015 – Mercedes AMG komandası

2016 – Maks Ferstappen

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*