N.Rosberq: Ferstappen fərqli liqadadır

Sabiq Formula1 sürücüsü Niko Rosberq düşünür ki, Maks Ferstappen ayrı liqadadır.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il 9 yarışın 6-da qələbə qazanıb və hazırda çempionata inamla liderlik edir.

Niko Rosberq: “Maks bir neçə yarışdır ki, qəşəng sürür. Özünə inamı var. Kanadada sıralanma turunda çətin hava şəraitində əla sürdü. Saynsın da yarışdakı təzyiqi elə belə deyildi. Bolidin içində o vəziyyətdə olsanız, özünüzü dəhşət hiss edərsiniz. Hər işi əla gördüyünüz anda təhlükəsizlik maşınına görə Ferrari arxanıza gəlir və üç DRS zonasında sizə hücum edir. Orada xırda səhv etsə, qələbə əldən gedəcəkdi. Buna baxmayaraq, Maks hər şeyə yaxşı nəzarət etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*