M.Ferstappen yuxularının komandasını açıqlayıb

Red Bull komandasının sürücüsü Maks Ferstappen komanda rəhbəri olsa, təcrübəli və gənc sürücülərdən ibarət pilotlar seçəcəyini deyib.

F-1.az xatırladır ki, niderlandlı sürücü karyerası ərzində 38 qələbə və iki Dünya Çempionluğu qazanıb. O, bu il də turnir cədvəlinə başçılıq edir. Maksın bu uğurunda ona komandası da çox kömək edir.

Red Bull komandasının rəhbəri Kristian Horner artıq 19 mövsümdür ki, postundadır. Yaşının az olmasına görə daha uzun illər orada qalacağı gözlənilir. Ferstappen isə Kristianın yerinə keçəcəyi halda yarışdaracağı sürücülərin adlarını açıqlayıb.

25 yaşlı Maks Ferstappen çox yaxşı anlaşdığı iki sürücünün adını çəkib: “Əlbəttə, özümdən başqa birini seçəcəm, çünki həm sürücü, həm də komanda rəhbəri ola bilmərəm. Bu mümkün deyil.

Komanda rəhbəri seçsəm, hazırda işləyənlər arasında Kristian Horneri seçərəm. Sürücülərdə isə çətinlik çəkirəm, çünki güclü sürücülər çoxdur. Mən olsam, təcrübəli birini seçərəm. Belə olan halda, Alonsoda qərar qılardım. Digər sürücüm isə gənc biri olardı. Burada Lando norrisi transfer edərdim. Bəli, sürücü heyətim Fernando və Lando olardı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*