Monako-2021: Üçüncü sərbəst yürüşlər

İki gün əvvəllə müqayisədə, trasın vəziyyəti dəyişilib. Sürücülər həftəsonunun əsas sessiyası olan sıralanma turuna hazırlaşmaq üçün yumşaq təkərlərlə işləyiblər.

F-1.az bildirir ki, təkərləri isitmək çətin olduğundan, sürücülər sürətli dövrədən əvvəl bir neçə dövrə vurmalı olublar. Bu dəfə də insidentlər baş verib – Saynsla Norris toqquşmadan son anda yayına biliblər, Lekler isə təhlükəsizlik cibinə girib.

43-cü dəqiqədə Latifinin qəzasına görə qırmızı bayraqlar dalğalandırılıb. Fasilə cəmi 5 dəqiqə davam edib. Lakin növbəti qırmızı bayraq Şumaxerin son dəqiqələrdə Kasino tərəfdə qəza etməsinə görə olub. Mikin qəzası ciddi olub və maşını sıralanma turuna qədər hazırlamaq mümkün olmayacaq.

Protokollara bu dəfə Maks Ferstappen başçılıq edib – 1:11.294. Bizi iki saat sonra olduqca maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:11.294 19
2 55 Karlos Sayns Ferrari 1:11.341 + 0:00.047 28
3 16 Şarl Lekler Ferrari 1:11.552 + 0:00.258 27
4 77 Valtteri Bottas Mercedes AMG 1:11.765 + 0:00.471 21
5 11 Serxio Peres Red Bull 1:11.817 + 0:00.523 18
6 4 Lando Norris McLaren 1:11.988 + 0:00.694 20
7 44 Lyuis Həmilton Mercedes 1:12.020 + 0:00.726 20
8 7 Kimi Rəykkönen Alfa Romeo 1:12.298 + 0:01.004 25
9 10 Pyer Qasli AlphaTauri 1:12.357 + 0:01.063 28
10 7 Sebastyan Fettel Aston Martin 1:12.537 + 0:01.243 24
11 99 Antonio Covinatsi Alfa Romeo 1:12.539 + 0:01.245 21
12 18 Ləns Stroll Aston Martin 1:12.700 + 0:01.406 22
13 3 Daniel Rikkardo McLaren 1:12.959 + 0:01.665 25
14 47 Mik Şumaxer Haas 1:13.139 + 0:01.845 21
15 14 Fernando Alonso Alpine 1:13.329 + 0:02.035 19
16 9 Nikita Mazepin Haas 1:13.390 + 0:02.096 20
17 63 Corc Rassell Williams 1:13.447 + 0:02.153 29
18 6 Nikolas Latifi Williams 1:13.475 + 0:02.181 22
19 22 Yuki Tsunoda AlphaTauri 1:13.522 + 0:02.228 30
20 31 Esteban Okon Alpine 1:13.614 + 0:02.320 18
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*