İspaniyanın SoyMotor nəşri Maks və Totonun birlikdə vaxt keçirdiyi bir neçə foto yayımlayıb. Şəkillərdən birində Volff su motosikletində oturub, Ferstappen isə sudan ona baxır. Fotoda, həmçinin Totonun həyat yoldaşı Syuzi Volff və Maksın rəfiqəsi Kelli Pike də görünür.
Başqa bir şəkildə Maks su lövhəsində üzür, üçüncü şəkildə isə yaxtanın üst göyərtəsinə qalxır.
Çəkilişin dəqiq yeri məlum deyil, lakin bildirilir ki, Maks Ferstappen və onun ailəsi Sardiniyada olublar, onun Unleash the Lion adlı yaxtası bazar günü günorta Sardiniyaya çatıb.
Sardiniya versiyasını şəxsi təyyarənin uçuş məlumatları da dolayı yolla təsdiqləyir: təyyarə çərşənbə axşamı NitsadAn Sardiniyaya gəlib. Qısa fasilədən sonra təyyarə Red Bull-un baş ofisinin yerləşdiyi Avstriyanın Zaltsburq şəhərinə uçub. Buna baxmayaraq, bu səfərin məqsədi və kimlərin ora getdiyi barədə dəqiq məlumatlar hələ məlum deyil.





