M.Ferstappen: Güc itirdik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, son cəhdində boliddə güc olmayıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü son cəhdində birdən-birə yavaşlayıb və onuncu yerlə barışmalı olub.

Maks Ferstappen: “Son cəhdimdə boliddə güc yox idi. Boksdan çıxanda vəziyyəti düzəltməyə çalışdıq, amma alınmadı. Motor işləsə də, güc vermirdi. Bu, məyusedicidir.

İlk cəhdimdə nə baş verdi bilmirəm. İkinci döngədə təkərləri blokladım, çünki bolidin ön tərəfndə ilişmə yox idi. Bəlkə də, trasa çıxış dövrəmdə çox yavaş sürdüm. Heyif ki, ideal dövrə vura bilmədik.

Hələ də yaxşı nəticə qazana bilərik. Burada ötmə etmək çətin olsa da, hər şey baş verə bilər. Əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*