R.Braun: Maks Şumaxerə bənzəyir

Formula1-in idman direktoru Ross Braun sonuncu Meksika yarışından sonra Maks Ferstappeni əfsanəvi Mixael Şumaxerə bənzədib.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa üçüncü yerdən başlasa da, startda iki Mercedes-i birdən qabaqlayaraq, liderliyə yüksəlib. Bundan sonra isə rahatlıqla yarışı qazanıb. Daha sonra Ferstappen bildirib ki, startda gec əylənməni əvvəldən hesablayıbmış.

Ross Braun: “Bu mənə Mixael Şumaxerin dördüncü günlər trasda çoxlu vaxt keçirməsini xatırlatdı. Birdən işlər tərs getsə deyə fikirləşib, döngələrə və trasın qaçış hissələrinə baxardı. Beləliklə, cəsarətli manevr edəndə limitləri əvvəldən bilirdi və özünə inamı olurdu. Maks da Meksikada ilk döngəni yaxşı döndü və özünə inamı var idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*