M.Ferstappen cərimə almağa yaxınlaşır

Red Bull komandasının sürücüsü Maks Ferstappen yeni ötümələr qutusuna keçdiyi üçün cəza almağa yaxınlaşıb.

F-1.az xatırladır ki, bu il ötürmələr qutusu ilə bağlı reqlament dəyişilib və hər sürücü mövsüm ərzində 4 ötürmə qutusundan istifadə edə bilər. Niderlandlı sürücü Macarıstanda 4-cü ötürmələr qutusuna keçib. Bu isə o deməkdir ki, Maks növbəti dəfə ötürmələr qutusunu dəyişsə, cərimələnəcək.

Ondan başqa Sebastyan Fettel builki üçüncü ötürmələr qutusuna keçib.

Güc qurğusunda heç bir sürücü yenilik etməyib. Sadəcə Lando Norris yeni qazburaxma sistemi götürüb. Komandalar Macarıstanda ötmə çətin olduğu üçün cəzadan qaçmağa çalışırlar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*