Ferstappen: Bolid sıralanma turunda yaxşı idarə olunurdu

Maks Ferstappen İspaniya Qran Prisinin sıralanma turundan sonra qısa danışıb. Red Bull Racing komandasının sürücüsü üçüncü nəticəni göstərib və bu nəticədən razı qaldığını deyib.

Maks Ferstappen: “Hesab edirəm ki, bizim üçün sıralanma turu çox yaxşı keçdi. Ən azı, mənim üçün. Üçüncü yer əla nəticədir.

Biz maşından sıralanma turunda yaxşı idarəolunma əldə edə bilmişik. Bunun sayəsində mən hər döngədə özümə rahat olan şəkildə hücum edə bilmişəm. Buna görə də, bəli, üçüncü yer çox yaxşı nəticədir”.