K.Horner: Monako bolidin güclü tərəflərini göstərmir

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Monako trası RB19-un güclü tərəflərini biruzə vermir.

F-1.az xatırladır ki, Monakodakı sıralanma turu Red Bull üçün həm sevincli, həm də məyusedici keçib. Maks Ferstappen poul qazandığı halda, Serxio Peres qəza edərək, 20-ci yeri tutub.

Maks Ferstappenin yanında bu gün Fernando Alonso olacaq və iki sürücünün startda necə mübarizə aparacağı hamıya maraqlıdır. Bəziləri düşünür ki, ispaniyalı sürücü 10 ildən sonra qələbəyə bu qədər yaxınkən startda riskə gedəcək.

Serxio Peres isə birinci sessiyada qəza edib və bolidin sol tərəfini zədələyib. Belə olan halda güc qurğusunun elementləri də zərər görə və buna görə də komanda meksikalını yeni güc qurğusuna keçirə bilər.

Kristian Horner: “Məncə, bu Ferstappenin sıralanma turlarında atdığı ən yaxşı dövrəərdən biridir. Hovuzun yanına gələndə Fernandoya 0.2 saniyə uduzurdu və son sektorda deyəsən hər iki tərəfdən də bariyerlərə təmas etdi. Buna baxmayaraq, tempini qorudu. Yaxın olacağını bilirdim və sonda bacardı. Sözün açığı Maks üçün sevinirəm.

Böyük ehtimalla karyerasının ən yaxşı sıralanma turunu keçirdi, ancaq Çeko birinci sessiyada pis səhv elədi. Düşünürəm ki, sağ tərəfindəki Alpine onun diqqətini dağıtdı, çünki ilk döngəni səhv dəyərləndirdi və tras getdikcə sürətlənirdi. Bunun üçün özünə əsəbidir. Burada sıralanma turu çox vacibdir və bu tras bolidin güclü tərəflərini qəbul etmir. Maksın bu gün poul alması onun gücünü göstərir.

Fernando ilə Maks bir-birlərinə hörmət etsələr də, oxşar xarakterə sahibdirlər. İkisi də əsl yarışçıdır və iki də qalib gəlmək istəyir. Əminəm ki, Fernando da bu şansı görür. Buna görə də yarışın ilk 500 metri yarışın taleyini həll edəcək.

Düzünü desəm, hər şeyi siğortalamaq üçün bolidin bütün şassisini dəyişə bilərik. Bu qərarı tezliklə verəcəyik və bunun çox çətin olduğunu düşünürəm. Bu gün Çekonun əsas hədəfi xal qazanmaq olacaq, çünki böyük ehtimalla tək pit-stoplu yarış olacaq və sürətimizdən istifadə edə bilməyəcəyik.

Bura o qədər fərqli trasdır ki, burada sürətiniz ən az 2.5 saniyə azala bilər. Danielin burada yarım mühərriklə yarışdığını və yarışı qazandığını gördük. Buna görə ötmə etməlisiniz, ancaq bolidlər artıq o qədər enlidir ki, bu mümkün deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*