22 Noyabr 2019, Cümə - 21:42

K.Horner: “Rikkardonun təkərləri qarajın arxasında qaldı”

K.Horner: “Rikkardonun təkərləri qarajın arxasında qaldı”

Müəllif: Rauf Hacıyev, redaktor

21:11 - 29 May, 2016

Red Bull komandası Daniel Rikkardonun qələbəsinə mane olan pit-stop səhvinə səbəb kimi təkərlərin qarajın arxasında olmasını göstərib.

F-1.az xatırladır ki, Rikkardo yarışın ilk hissəsində böyük üstünlükləirəlidə olub və keçid təkərləri aldıqdan sonra pit-stop etməyən Həmiltona çata bilib.

Həmilton UltraSoft təkərlərə keçəndən sonra Red Bull sonrakı dövrədə Rikkardonu pitə çağırıb. Avstraliyalı sürücünün Soft təkərlərə keçidi planlaşdırılıbmış, amma Red Bull son anda belə qərara gəlib ki, Rikkardonu SuperSoft təkərlərə keçirsin. Buna görə də Red Bull təkərləri qarajdan vaxtında çıxara bilməyib.

Sıx olan Monako boksunda təkərlərin arxada qalması Rikkardonun pitinin uzanmasına səbəb olub.

Kristian Horner: “Monakoda yuxarıdakı mərtəbədə  komanda körpüsü, aşağıda isə boks yerləşir.

Təkərlər həm boksda, həm də boksun arxasında isidilirdi. Amma bizim istədiyimiz təkərlər əl çatan yerdə deyildi. Təkərləri bolidə vaxtında çatdıra bilmədik və bununla da biz 10 saniyə itirdik.

Bu problemə baxmayaraq, Rikkardo ilə Həmilton pit çıxışında yan-yana idilər. Bu da onu göstərir ki, Daniel pitə gəlməmişdən əvvəl çox sürətli dövrə vurubmuş və eyni zamanda Həmilton pitdən çıxarkən çox yavaş olub.

Komanda üçün bu qələbəni əldən vermək məyusedici idi”.

Horner bildirib ki, onların əlindən Rikkardodan üzr istəməkdən və bu səhvi bir də təkrar etməyəcəklərindən başqa heç bir şey gəlmir: “Biz komanda olaraq bir yerdə qalib gəlib, bir yerdə məğlub oluruq. Bizim hazırda edə biləcəyimiz tək şey dünən poul alıb, mükəmməl iş görməyimizə baxmayaraq, bu gün yaxşı xidmət edə bilmədiyimiz üçün üzr istəməkdir.

Yarışda hər şeyi düzgün etdik. Buna keçid təkərlərindən SuperSoft təkərlərə keçmək də daxildir.

Amma komanda körpüsü ilə aramızda kommunikasiya çatışmazlığı bizi yarı yolda qoydu. Bütün bu problemlərə baxmayaraq, Lyuislə mübarizə apara bildik.

Şikananın çıxışında Daniel çox yaxınlaşdı, amma ötmə üçün fürsət tapa bilmədi. Monakoda ötmə etməyin çox çətin olduğunu bilirik. Yarışı da pit-stopda əldən verdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 639
Teqlər , , ,
Paylaş

logo