H.Marko: “Sürücülərimizi buraxan deyilik”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, sürücüləri müqavilələri bitənə qədər komandada qalacaqlar.

F-1.az xatırladır ki, həm Rikkardonun, həm Ferstappenin, həm də Saynsın adı Ferrari və Mercedes komandaları ilə hallanır.

Helmut Marko: “Rikkardo və Ferstappenin müqavilələrini həll etmişik. Daniel 2018-ci ilin sonuna qədər komandada qalacaq. Ferstappenin də uzunmüddətli müqaviləsi var. Heç bir sürücümüzü buraxmaq niyyətində deyilik. Eynilə, Karlos Saynsı da. Onun da komanda ilə çoxillik müqaviləsi var. 2019-cu ildən əvvəl başqa komandaya keçə bilməz. Biz istədiyimiz halda müqavilələr bitər. Sürücülərin belə qüvvəsi yoxdur. İstədikləri zaman gedə bilməzlər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*