Ferrari-nin Akademiyasında ilk qız sürücü

Ferrari-nin Sürücü Akademiyasının dinləyiciləri arasında ilk qız sürücü peyda olub – Kosta Rikadan olan qızın adı Veronika Valverdedir. Dünən bu […]

Ferrari-nin Sürücü Akademiyasının dinləyiciləri arasında ilk qız sürücü peyda olub – Kosta Rikadan olan qızın adı Veronika Valverdedir. Dünən bu barədə Panamada keçirilən mətbuat konfransında bildirilib, konfransda Akademiyanın başçısı Luka Baldisseri və FİA-nın vitse-prezidenti Xose Abad iştirak ediblər.

Keçən il Ferrari-nin Sürücü Akademiyası Cənubi Amerikanın Panam GP Series gənclər çempionatını dəstəkləyirdi, çempionatın mərhələləri Meksikada, Qvatemalada, Kosta Rikada, Venesuelada, Kolumbiyada, Ekvadorda və Çilidə keçirilib. Veronikadan başqa çempionatın ən yaxşı sürücüləri – ekvadorlu Sebastyan Merçan və meksikalı Xerardo Nyeto da Akademiyaya dəvət olunublar. Maranelloda hər üç sürücünü birhəftəlik fiziki və psixoloji testlər, simulyatorda və Fyorano trasında iş gözləyir.

Bundan başqa, Skuderiyanın dəstəklədiyi Amerikanın qış yarış seriyasının iştirakçısı Antonio Fuoko da Akademiyaya qəbul olunub…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*