L.di Montedzemolo: “Biz yalnız Toyota-nın borusunda işləyəcəyik”

Milad bayramları ərəfəsində Ferrari komandasının başçısı Stefano Domenikali bildirib ki, komandanın Maranellodakı bazasında yerləşən aerodinamik boru 2013-cü ilin avqustuna qədər […]

Milad bayramları ərəfəsində Ferrari komandasının başçısı Stefano Domenikali bildirib ki, komandanın Maranellodakı bazasında yerləşən aerodinamik boru 2013-cü ilin avqustuna qədər bağlı olacaq, ona görə də komanda Toyota-nın Kölndəki borusunu icarəyə götürüb. Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo bu məlumatı təsdiqləyib…

Luka di Montedzemolo: “Biz 2013-cü il mövsümü üçün hazırladığımız maşınla yalnız Toyota-nın aerodinamik borusunda məşğul olacayıq ki, problem və səhvləri istisna edək.”

2014-cü ilin reqlamentinə uyğun gələn yeni maşınların hazırlanması isə artıq mart ayından başlayacaq, ona görə də Skuderiya perspektiv layihə üzərində də Kölndə işləməli olacaq. Toyota-nın keçmiş texniki mərkəzindən bir çox Formula1 komandaları istifadə edirlər, o cümlədən, McLaren komandası.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*