16 Sentyabr 2019, Bazar ertəsi - 12:53

F.Massa cərimə olunacaq

F.Massa cərimə olunacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:42 - 26 May, 2013

Ferrari komandasının boksunda qızğın iş gedir: mexaniklər səhər sərbəst yürüşlərdə qəzaya uğramış Felipe Massanın maşınını ciddi zədələrdən sıralanma turuna qədər […]

Ferrari komandasının boksunda qızğın iş gedir: mexaniklər səhər sərbəst yürüşlərdə qəzaya uğramış Felipe Massanın maşınını ciddi zədələrdən sıralanma turuna qədər bərpa etməyə çalışırlar.

Kokpitə heç nə olmayıb, amma ötürmələr qutusunu dəyişmək lazım gələcək, ona görə də sabah Felipe yarışın startında 5 yer itirməli olacaq – amma onun sıralanma turunda iştirakı sual altındadır. Ferrari sıralanma turunun birinci sessiyasının sonuna qədər bərpa işlərini yekunlaşdırmağı planlaşdırır, Massa hələlik sıralanma turunda iştirak etmək şansı var.

Stefano Domenikali Britaniyanın Sky Sports telekanalına bildirib ki, braziliyalı sürücünün maşını texniki cəhətdən saz olub – komanda başçısının ehtimalına görə, qəzaya səbəb soyuq təkərlər və ya qızmamış əyləclər ola bilər. Qəzanın videoyasının təhlili göstərir ki, Massa qəza dövrəsində əyləcə əvvəlki dövrədən daha tez basır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 573
Teqlər , , , , , , ,
Paylaş

logo