Növbəti mövsümün təqvimi iki həftə sonra təqdim olunacaq

Formula1-in rəhbəri Stefani Domenikali bildirib ki, növbəti mövsümün təqvimi 2 həftə sonra yayımlanacaq.

F-1.az bildirir ki, növbəti mövsüm də təqvimdə 23 yarışın olması planlaşdırılır.

Formula1-in başçısı Stefano Domenikali SportBild nəşrinə müsahibəsində bildirib ki, Almaniya Qran Prisi gələn il də təqvimdə olmayacaq…

Stefano Domenikali: “İki həftə sonra gələn ilin təqviminin ilkin versiyasını təqdim edəcəyik. Mən çox istəyirəm ki, yenə də təqvimdə 23 yarış yer alsın. Bizə Afrikadan müraciət var, biz həm Şimali, həm də Cənubi Afrika ilə danışıqlar aparırıq, üstəgəl bir və ya iki yarış Uzaq Şərqdə, məsələn, Koreyada. Yarışların üçdə biri Avropada olacaq, qalanları isə dünyanın hər yerində…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*