S.Domenikali: F1-in satılacağını düşünmürəm

Formula1-in rəhbəri Stefano Domenikali yarış seriyasının mümkün satışı barədə fikirlərini bölüşüb.

F-1.az xatırladır ki, yanvarda Səudiyyə Ərəbistanının investisiya fondunun Formula1-in sahibi Liberty Media-ya çempionatı 20 milyard dollara almaq təklifi verdiyi barədə xəbərlər yayılmışdı.

Stefano Domenikali: “Satış barədə suallar səhmdarlara yönəldilməlidir, lakin mən Formula1-in satışda olduğunu düşünmürəm. Biz çempionata sərmayə qoyuruq. Məsələn, Las Veqasa necə real pul yatırdığımızı görə bilərsiniz. Biz 240 milyon dollara torpaq sahəsi almışıq və ümumi sərmayəsi yarım milyarddan çox olan yeni obyektlər tikirik.

Beləliklə, biz gördüyümüz işdən çox razıyıq. Formula1 Liberty üçün bir incidir və onlar bizim fəaliyyətlərimizi tam dəstəkləyirlər. Çempionatın qiyməti artır, bu da gördüyümüz işlərə görə baş verir. Yəni, düşünürəm ki, hazırda satış məsələsinə baxılmır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*