R.Braun mövsümöncəsi testlərdə iştirak edəcək

Ross Braun Formula1-in hazırkı vəziyyətini yaxından izləmək üçün fevralın 27-də İspaniyada keçiriləcək mövsümöncəsi testlərdə iştirak edəcək.

F-1.az xatırladır ki, Formula1 Liberty Media-ya satıldıqdan sonra Ross Braun Formula1-in idman direktoru təyin edilib.

Britaniyalı mütəxəssis yarışları daha maraqlı etməyə çalışır və buna görə də idmanın nə vəziyyətdə olduğunu öyrənmək üçün İspaniyadakı testlərdə iştirak edəcək.

Ross Braun: “Yeni bolidlərin necə göründüyünə baxmaq üçün mövsümöncəsi testlərdə iştirak edəcəm. Önümüzdə radikal dəyişikliklər var və bunun effektini ən qısa müddətdə öyrənməliyik. Melburnda bizi nəyin gözlədiyini bilməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*