21 Noyabr 2019, Cümə axşamı - 01:44

Bentley Formula1-ə gəlmək istəyir?

Bentley Formula1-ə gəlmək istəyir?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:47 - 05 Fevral, 2017

Ehtimal var ki, Bentley markası Formula1-də iştirak etmək imkanlarını nəzərdən keçirir…

Bir il əvvəl Bentley Motors və Bugatti-nin prezidenti və baş direktoru Volfqanq Dürhaymer bildirmişdi ki, F1-ə gəlmək məsələsi brendin məramında yoxdur. Hələ üstəlik idmanın keçmiş rəhbərliyini tənqid edərək qeyri-stabil reqlamentdə günahlandırmışdı.

Lakin Formula1-ə Liberty Media-nın gəlişi çempionatda bir çox məsələləri müsbət istiqamətdə dəyişə bilər və buna görə də start düzlüyünə bir çox yeni avtoistehsalçıların cəlb olunması gözlənilir.

Bu günlərdə almaniyalı jurnalistlər Dürhaymerdən Formula1-də Bentley-nin çıxışı barədə maraqlandıqda, qısa cavab alıblar: “Biz belə bir variantı müzakirə edirik”.

Amma bu ssenari F-1.az-a azehtimallı görünür, çünki Bentley hazırda Volkswagen konserninə məxsus bir brenddir, konsern isə hazırda digər avtoidman sahələrində də bütün proqramlarını bağlamaqla məşğuldur – bunun səbəbi isə atmosferə işlənmiş qazların buraxılması qalmaqalıdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 821
Teqlər , , , ,
Paylaş

logo