Rəsmən: Macarıstan 2027-ci ilə qədər təqvimdə qalır

1986-cı ildən bəri mütəmadi olaraq hər il Formula1-ə ev sahibliyi edən Hunqarorinqlə sonuncu müqavilə 4 il əvvəl bağlanmışdı və 2026-cı ilə qədər nəzərdə tutulurdu.

F-1.az bildirir ki, Hunqarorinq bu mövsümün üçüncü yarışına ev sahibliyi edəcək və digər Avropa yarışlarındakı kimi, bura da tamaşaçılar tribunalara buraxılmayacaqlar. Bunun müqabilində Macarıstan Qran Prisinin təşkilatçılarına müqavilənin 2027-ci ilə qədər uzadılması təklif edilib və razılıq əldə olunub.

Jolt Dyulai, Hunqarorinqin rəhbəri: “Bu il itirdiyimiz qazancları kompensasiya etməyə imkan verəcək bir yol tapmaq üçün Liberty Media ilə birlikdə işlədik. Builki yarış tamaşaçısız keçirilsə də, xərclər dəyişmir. Bu çətin günlərdə həm bizim, həm də Formula1 üçün ən sərfəli olanı tapmaq üçün əlimizdən gələni etdik və müqaviləni daha bir il uzatmaq qərarına gəldik. Biz çempionatı 2026-cı yox, 2027-ci ilə qədər qəbul edəcəyik. Həm də xeyli bir neçə milyard Macarıstan forinti qənatə edərək xərclərimizi azaltmağı bacarmışıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*