R.Şumaxer: “Ferrari Rəykkönenlə müqaviləni uzatmalıdır”

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer bildirib ki, Ferrari Kimi Rəykköneni növbəti mövsümdə də komandada saxlamalıdır.

F-1.az xatırladır ki, Ferrari Fettel ilə yeni müqavilə üçün danışıqlara başlasa da, finlandiyalı sürücü ilə danışıqlara tələsmir.

Ralf Şumaxer: “Kimi çempion sürücüdür və yenidən qələbə qazanmaq üçün lazımi hər şeyə sahibdir. O, yaşına görə əla performans göstərir. Ferrari onu komandada tutmaqla ağıllı iş görər. Bu il bolidləri güclüdür və Sebastyan əla performans göstərir. Kimi isə davamlı problemlərlə boğuşduğu üçün istədiyi kimi performans göstərə bilmir. Buna baxmayaraq, onun yarış qazana biləcəyini düşünürəm. Görək növbəti mövsüm necə olacaq. Ferrari qərar verərkən xırdalıqlara qədər düşünəcək. Uzun müddətdən sonra onları çempionluq uğrunda mübarizədə görmək gözəldir. Mercedes ilə rəqabətlərindən həzz alıram. Ümid edirəm ki, son yarışa qədər mübarizə davam edər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*