T.Volff: “2020-ci ildən sonra idmandan gedə bilərik”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, 2020-ci ildən sonra komandanın gələcəyi müəmmalıdır.

F-1.az xatırladır ki, Mercedes 2010-cu ildə Formula1-ə geri qayıdıb və son 3 mövsümdə həm mühəndislər, həm də sürücülər çempionatının qalibi olub.

Toto Volff hesab edir ki, Liberty Media Formula1-in səhmlərini satın aldıqdan sonra idman daha yaxşı vəziyyətə gələcək və işlər daha stabil olacaq: “Mercedes 2010-cu ildə mühərrik istehsalçısı kimi yox, zavod komandası kimi Formula1-də iştirak etməyə başladı. 2020-ci ilə qədər Formula1-də qalacayıq, amma sonrasında nə olacağını bilmirəm. Əgər idman doğru yöndə inkişaf etsə, Formula1-də qalacayıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*