Rəsmən: Mayami Qran Prisi gələn il debüt edəcək

Formula1 rəhbərliyi bu gün vrdiyi açıqlamada bildirb ki, Mayami Qran Prisi 2022-ci ildə təqvimdə olacaq.

F-1.az xatırladır ki, Amerika uzun müddət idi ki, Formula1-də ikinci yarışı qəbul etmək istəyirdi. Nəhayət ki, yeni dünya sakinləri istəklərinə çatıblar. Açıqlamaya görə Mayami 2022-ci ildən başlamaqla 10 il ərzində Formula1-i qəbul edəcək. Tras planlaşdırıldığı kimi Mayami Gardens – Hard Rock stadionunun ətrafında olacaq. Uzunluğu 5.41 km olan tras 19 döngədən və 3 uzun düzlükdən ibarət olacaq. Burada 3 DRS zonasının olması gözlənilir. Trasda maksimum sürətin 320 km/saata qədər yüksəlməsi ehtimal olunur.

Beləliklə, Mayami Formula1-i Amerikada təmsil edəcək 11-ci fərqli tras olacaq. Bundan əvvəl Amerikada Riverside, Vatkins Qlen, Long Biç, Las Veqas, Dallas, Foeniks, İndianapolis və Ostin traslarında yarışlar keçirilmişdi. Qran Pri turizmin inkişafına qatqı verəcək və iş yerlərinə maliyyə cəhətdən kömək edəcək. Təşkilatçılar bilet qiymətlərini yerli əhalinin ala biləcəyi qiymətə qoyacaqlar.

Formula1-in rəhbəri Stefano Domenikali: “Mayamidə gələn ildən yarışlar olacaq və bunu açıqladığımız üçün sevincliyəm. Amerika bizim üçün vacib bazarlardan biridir. Amerikada getdikcə azarkeşlərimiz artır. FİA ilə Hard Rock Stadionunun kollektivi yaxşı işləyərək azarkeşlərə gözəl yarışlar izlətdirməlidir. Mayamidə yarışmaq üçün səbirsizlənirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*