Mayami-2022: Üçüncü sərbəst yürüşlər

FİA sürücülərin dünənki şikayətlərini nəzərə alıb - pit-leynin girişində dəyişiklik edilib, 17-ci döngədə yenidən asfaltlama işləri görülüb və qüsurlar aradan qaldırılıb.

F-1.az bildirir ki, artıq dünəndən dar trasda ötmələrin asan başa gəlməyəcəyi və sıralanma turunun çox şeyi həll edəcəyi məlum olub. Bugünkü məşqlərin ilk hissəsində sürücülər uzun dövrələrlə yarış simulyasiyası ediblər, daha sonra isə yumaq təkərlərlə sürətli dövrələr üzərində işləyiblər.

Dünən qəza edən Sayns və Bottasın maşını bu gün artıq hazır olub. İkinci məşqləri buraxan Ferstappen də ilk dəqiqələrdən trasa çıxıb. Burada insidentlərin çoxluğuna alışmışıq – Maqnussen 17-ci dövrədə yerində fırlanıb. Startdan 15 dəqiqə sonra isə sessiya qırmızı bayraqlarla dayandırılıb – Okon 14-cü döngədə, Saynsın düzən qəza etdiyi yerdə maşını divara vurub.

Okon maşını özü tərk edib və ənənəvi yoxlama üçün tibbi mərkəzə göndərilib. Trasın bu hissəsi dünəndən bəri “səhv generatoru” adlanır. TecPro qoruyucu maneələrinin burada olmaması da təhlükəni artırır və maşınlara ciddi zərər dəyir.

Məşqlər 13 dəqiqə sonra bərpa edilib. Ferstappen 15-ci döngədə səhvə yol versə də, əla reaksiya ilə maşını toqquşmadan qoruya bilib.

Ən yaxşı nəticəni Serxio Peres göstərib – 1:30.304. Bizi çox gərgin sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 11 Serxio Peres Red Bull 1:30.304 21
2 16 Şarl Lekler Ferrari 1:30.498 + 0:00.194 23
3 1 Maks Ferstappen Red Bull 1:30.649 + 0:00.345 20
4 14 Fernando Alonso Alpine 1:31.036 + 0:00.732 18
5 5 Sebastyan Fettel Aston Martin 1:31.049 + 0:00.745 24
6 47 Mik Şumaxer Haas 1:31.050 + 0:00.746 19
7 55 Karlos Sayns Ferrari 1:31.172 + 0:00.868 24
8 20 Kevin Maqnussen Haas 1:31.227 + 0:00.923 20
9 23 Aleksander Elbon Williams 1:31.501 + 0:01.197 14
10 4 Lando Norris McLaren 1:31.594 + 0:01.290 18
11 22 Yuki Tsunoda AlphaTauri 1:31.659 + 0:01.355 24
12 18 Ləns Stroll Aston Martin 1:31.665 + 0:01.361 22
13 3 Daniel Rikkardo McLaren 1:31.728 + 0:01.424 19
14 77 Valtteri Bottas Alfa Romeo 1:31.885 + 0:01.581 26
15 44 Lyuis Həmilton Mercedes 1:31.890 + 0:01.586 20
16 10 Pyer Qasli AlphaTauri 1:31.901 + 0:01.597 18
17 63 Corc Rassell Mercedes 1:31.924 + 0:01.620 19
18 24 Quanyu Çjou Alfa Romeo 1:32.051 + 0:01.747 16
19 6 Nikolas Latifi Williams 1:32.376 + 0:02.072 16
20 31 Esteban Okon Alpine 3

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*