Ş.Lekler: Aqressiv sazlanma seçdim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Mayamidəki sıralanma turunda aqressiv sazlanma seçdyi üçün qəza edib.

F-1.az xatırladır ki, monakolu sürücü sıralanma turunda son cəhdində qəza edib və bariyerlərə çırpılıb. Buna görə də bugünkü yarışa yeddinci yerdən başlayacaq.

Şarl Lekler: “Sıralanma turu mənim güclü olduğum nöqtədir və buna görə də risk alıram. Bu da 10 sessiyanın 9-unda yaxşı işləyir. Amma bu həfətsonu iki dəfə bariyerlərə çırpıldım və bu da olmaq istədiyim yer deyil.

Özümü çətin vəziyyətdə qoydum, çünki sıralanma turu üçün çox aqressiv sazlanma istədim. Boliddən maksimumu almaq üçün bunu etdim. Böyük ehtimalla, bir az qabağa getdim. Bunu daha sonra təhlil edəcəm.

Aston Martin yarış tempində güclü görünür. Buna görə də komanda olaraq harada olduğumuzu bilmirəm. Lakin yarış tempimizi nəzərə alsaq, podium qazanmaq doğrudan da əla olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*