M.Ferstappen: Asfalta öyrəşməyə çalışırıq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yeni asfalta öyrəşməyə çalışır.

F-1.az xatırladır ki, niderlandlı sürücü Mayamidəki cümə sərbəst yürüşlərini birinci yerdə bağlayıb. Lakin yeni asfalta görə ilişmə azaldığı üçün sürücülərin döngə çıxışlarında çətinlik çəkdiyini və əylənmə nöqtələrini seçə bilmədiklərini gördük.

Maks Ferstappen: “Bəli, yaxşı günü geridə qoyduq. Daha çox yeni asfalta öyrəşməyə çalışdıq. Gün ərzində problemlər yaşasaq da, ümumilikdə yaxşı bir gün keçirdik. Özümü yaxşı hiss etdim və balans yaxşı idi.

Tras yarış trayektoriyasını çıxsaq, çox sürüşkəndir, amma problem deyil. Yarış trayektoriyasından başqa ilişmə yoxdur, ancaq vəziyyət hamı üçün birdir. Əsas odur ki, balansımız yaxşıdır. Belə başladığımız üçün xoşbəxtəm.

Düzdür, baxmalı olduğumuz şeylər var. Hər döngədə sürətli olmaq istəyirik, ancaq bu mümkünsüzdür. Görək hava bizə necə təsir edəcək. Ümumilikdə vəziyyət yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*