11 Dekabr 2018, Çərşənbə axşamı - 20:02

D.Rikkardo ikinci mühərriyə keçib

D.Rikkardo ikinci mühərriyə keçib

Müəllif: Rauf Hacıyev, redaktor

21:10 - 14 Aprel, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo Çində ikinci daxiliyanma müərriyinə keçib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Çində üçüncü sərbəst yürüşlərdə mühərrik problemi yaşayıb. Amma komanda əzmkarlıq göstərərək, 28 yaşlı sürücünü sıralanma turuna çatdıra bilib.

FİA-nın verdiyi açıqlamaya əsasən, Rikkardonun maşınında daxiliyanma mühərriyindən başqa turbin, MGU-H və MGU-K generatorları da dəyişdirilib. Xatırladaq ki, cümə günü Danielin bolidində batareya və elektronik idarəetmə bloku da dəyişdirilmişdi.

Avstraliyalı sürücü növbəti yarışlarda batareya, elektronik blok və MGU-K generatoru dəyişdirsə, cərimələnəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 177
Teqlər , , ,
Paylaş

logo