D.Rikkardo: “Renault-da belə olmayacaq”

Daniel Rikkardo hesab edir ki, Red Bull-dan ayrıldıqdan sonra uğursuzluq zolağından çıxacaq.

F-1.az xatırladır ki, Rikkardo bu il 8 yarışda mübarizəni vaxtından əvvəl dayandırıb. Avstraliyalı sürücü bu ilin sonunda Red Bull-dan ayrılaraq Renault komandasına keçəcək.

Daniel Rikkardo: “2018-ci ildən sonra uğursuzluq zolağından çıxacam. Yeni mübarizəyə başlamaq üçün səbirsizlənirəm. Builki yarışlardan həzz alsam da, gələcəklə bağlı düşüncələrim dəyişmir. Başqa yerə gedib yeni macəralar tapmaq istəyirdim. Artıq yeni mövsümü gözləyirəm”.