D.Rikkardo: İlk 10 dövrədə şoka düşürəm

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, ilk 10 dövrədən sonra gözəl gün keçirib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü testlərin ikinci günündə sükan arxasına keçib və günü üçüncü yerdə bağlayıb.

Daniel Rikkardo: “120 dövrə vurduq və geridönüşün yaxşı oldu. Bədənim özünə gəlib. İlk günümdə sükan arxasında idim və problem yox idi. Bu, yaxşı haldır, çünki komanda yaxşı geribildirimlər topladı.

Günün ilk 10 dövrəsi çox çətin idi, çünki bədənim şoka düşdü. Tətildə də proqramla idman edirik, amma 5G qüvvətini heç bir simulyatoru yoxdur. İdman etsək də, heç nə bədənimizi F1 bolidi kimi yormur. Buna görə də tətildən qayıdanda həmişə şok yaşayıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*