20 Avqust 2019, Çərşənbə axşamı - 09:16

F.Alonso: “MCL34 başqa aləmdir”

F.Alonso: “MCL34 başqa aləmdir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:12 - 03 Aprel, 2019

Fernando Alonso mövsümiçi testlərin ilk günündən sonra MCL34-dən razı qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il karyerasını bitirdikdən sonra bu il Bəhreyndəki testlərlə yenidən F1 bolidinin sükanı arxasına keçib. İkiqat Dünya Çempionu gün ərzində 64 dövrə vurub.

Fernando Alonso: “Bolid inkişaf edib. Bu bolidin asfaltla ilişməsi daha yaxşıdır. Mühərrikdə də inkişaf var. Paket də doğru yöndə yığılıb. Amma yuxarıdakı komandalarla mübarizə aparmaq üçün lazımi işlər görülməlidir. Məncə, dördüncü yeri tutmaq ilkin hədəf olmalıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 267
Teqlər ,
Paylaş

logo