L.Norris: Bolid mənə görə yığılmayıb

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, 2022-ci il maşını onun istəklərinə görə yığılmayıb.

F-1.az xatırladrı ki, britaniyalı sürücü davamlı olaraq orta qrupun önlərində mübarizə aparsa da, komanda yoldaşı Rikkardo əksər yarışlarda xal almaqda çətinlik çəkib. Buna görə də əksəriyyət düşünürdü ki, bolid rikkardoya görə yığılıb.

Lando Norris: “Bolid mənə görə yığılmadı. Bu reallıqdır. Tək istəyim sükanın üzərindəki çəhrayı düymə idi. Bu düyməyə basanda batareya yenidən dolur və buna diqqətlə yanaşmalısınız. Düzdür, mühəndislər maşını yığanda son illərdəki geribildirimlərimə qulaq asdılar, amma maşın sırf mənə görə yığılmamışdı. Əgər bunu ediblərsə, düz iş görməyiblər, çünki bolid çox zəif idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*