Norris komanda yoldaşı ilə münasibətlərindən danışıb

Britaniyalı gənc sürücü McLaren-də bu ilə qədər Daniel Rikkardo ilə komanda yoldaşı idi, lakin o artıq ehtiyat sürücü kimi Red Bull-da çalışır.

F-1.az xatırladır ki, Danieli bir başqa avstraliyalı sürücü – Oskar Piastri əvəz edib. Lando və Oskar arasında hələ nə trasda, nə də kənarda hər hansı bir insident baş verməyib. Britaniyalı sürücünün fikrincə, onlar yaxşı ikilidirlər.

Lando Norris: “Piastr əla oğlandır. Çox sadə, normal, çalışqan biridir. Onunla əla işləyirik. Bəli, Daniellə olan dövrlə müqayisədə fərq var, amma yenə də əylənirik və birlikdə vaxt keçiririk. Eyni zamanda çox sürətlidir.

İş və bilik baxımından komanda indi bəlkə də bir az da mənə güvənir, çünki mövsümdən mövsümə irəliləyişi dəyərləndirə bilirəm. Əks halda, hər iki sürücü maşında baş verənlərlə bağlı hisslərini bölüşür və bunda hamımız yaxşı əlaqə saxlayırıq. Sürüş üslubumuzu eyni adlandırmayacağam, amma şərhlərimiz və şikayətlərimiz ümumiyyətlə eynidir. Düşünürəm ki, bu, yaxşı əlamətdir”.

Xatırladaq ki, geridə qalan 5 yarışda Norris 10, Piastri isə 4 xal toplayıb. Komandanın aktivində 14 xal var və beşinci sıradadır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*