P.Vindzor: Norris Alpine-ə gedə bilər

Formula1 şərhçisi Piter Vindzor bildirib ki, Lando Norris sürpriz bir qərarla Alpine komandasına transfer oluna bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücü keçən il McLaren ilə müqavilə bağlayıb və onun 2025-ci ilin sonuna qədər müqaviləsi var. Lakin komandanın performansına görə müqavilə erkəndən ləğv oluna bilər.

Lando Norrisin adı tez-tez Red Bull və Mercedes kimi komandalar ilə hallanır. Beşillik karyerası ərzində orta qrupda yarışan Norris üçün bu komandalarda yarışmaq göydəndüşmədir.

Piter Vindzor isə düşünür ki, Norrisin ən böyük hədəfi Red Bull olsa da, Maks Ferstappen faktoruna görə orada yarışmaq risklidir: “Əminəm ki, Lando özünü ikinci pilot kimi görmür. Ancaq karyerasının bu mərhələsində Red Bull sürməyi çox istəyər.

Böyük ehtimalla bundan artığını düşünmür. Sadəcə meqa maşının sükanına keçmək və Red Bull-dan həzz almaq istəyir. İki sual var: Maks Ferstappeni keçə biləcək? Yoxsa ikinci pilot olacaq?

Məncə, Norris Alpine-ə də gedə bilər. Deyəsən bir il də McLaren-də qalacaq. Buna görə bir az gözləməlidir. Ancaq Alpine pis getmir və arxalarında böyük qüvvə var. Bunu deməyimdə səbən odur ki, Lando üçün bütün alternativləri dəyərləndirirəm. Nə deyirsiniz? Maraqlı seçim olmaz? Alpine hazırda yaxşı görünür. Çox yaxşı komandadır və performansları yüksəkdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*