L.Norris: “Dövrəvi nəticələr vacib deyil”

McLaren komandasının sürücüsü Lando Norris testlərin ikinci günündən sonra özünü xoşbəxt hiss etdiyini deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Barselonadakı testlərin ikinci günündə ilk dəfə sükan arxasına keçib və 104 dövrə vuraraq ikinci yeri tutub. Lando gün ərzində aero testləri də edərək Karlos Saynsın tapdığı məlumatlara yenilərini əlavə edib.

Lando Norris: “İlk dəfədir bolidi sürürəm və ilk gündən razıyam. Komanda əla iş gördü və iki gündə uzun məsafə qət etdik. Bu da istədiyimiz şey idi. Zaman nəticəsi bizimçün vacib deyil. Əsas planları reallaşdırmaqdır. Xüsusilə yeniliklərin bol olduğu bu mövsümdə. Əsas qət edilən yol və etibarlılıqdır. Hələ təkmilləşdirəcəyimiz çox şey var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*